Mövqeyin Saxlanması

dilerin mövqeyinin daim monitorlar arasında yatır.
Mövqeni Bağlamaq, Pozisiyanı Bağlamaq
Mövsümi Güzəşt
OBASTAN VİKİ
Enerjinin saxlanması qanunu
Enerjinin saxlanması qanunu – təbiətdə ümumi qanunlarından biri (saxlanma prinsipləri). Qanuna görə enerji bir formadan digər formaya çevrilərkən itmir və yenidən yaradılmır. Maddi sistem bir haldan digər hala keçdikdə onun enerjisinin dəyişməsi sistem ilə qarşılıqlı təsirdə olan cisimlərin enerjisinin artmasına və ya azalmasına ciddi uyğun gəlir. Enerjinin bir formadan digər formaya çevrilməsi prosesləri müəyyən miqdari ekvivalentlər ilə tənzimlənir. Enerjinin saxlanması qanunu XX əsrin ortalarında R. Mayer, C. Coul, Helmholts və başqalarının səyi ilə kəşf edilmişdir. Bu kəşfə qədər materiya və hərəkətin saxlanması haqqında Dekart, Leybnits, Lomonosov tərəfindən söylənilmiş ideyalar mövcud olmuşdur. Bu qanunda maddi dünyanın vəhdəti özünü göstərir. Onun kəşfi ilə təbiətdə bütün fəaliyyətin vəhdəti mülahizəsi fəlsəfi mühakimədən çıxaraq elmi fakta çevrilmişdir.
Sənin həyat mövqeyin (film, 1979)
1979-cu ildə Bakıda "Fəal həyat mövqeyinin formalaşması: mənəvi tərbiyənin təcrübə və aktual problemləri" mövzusunda Ümumittifaq elmi-praktik konfrans keçirilmişdir. Film həmin konfransın materialları əsasında yaradılmışdır. Film Azərbaycan SSR LKGİ MK-nın sifarişi ilə çəkilmişdir. Rejissor: Cəmil Fərəcov, Yalçın Əfəndiyev Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan SSR LKGİ MK Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.

Digər lüğətlərdə